send link to app

PandaBio


4.0 ( 9360 ratings )
Social network Shopping
Sviluppatore Veli Salmanli
Libero

Pandabio ilə daha lazımsız əşya yoxdur!
PandaBio.az platforması sizə ən optimal çıxış yolu təqdim edir.
PandaBio təkcə Azərbaycanda deyil, bütün dünyada yenilik sayıla biləcək bir layihədir. Sadə barter xidməti anlayışını planetin qorunması konseptinə qədər daşıdığımız bu platformada siz lazımsız əşyalarınızı rahatlıqla dəyişdirə, yararsız sayılan məhsullarınızı isə təkrar emala yönləndirə bilərsiniz.

Bu necə baş verir?
- Pandabio.az vebsaytında hesab açırsınız;
- İstifadə etmədiyiniz əşyaları sayta yükləyirsiniz və təsdiq edildikdən sonra Pandabio anbarına təhvil verirsiniz. İstəyinizdən asılı olaraq əşyalar sizin ünvanınızdan da götürülə bilər;
- Əşyanın dəyərində hesabınıza virtual manat köçürülür;
- Bu məbləğdə pandabio.az saytında yerləşdirilən digər əşyalardan seçirsiniz;
- Əşya sizə həmin gün çatdırılır.

Təhvil verdiyiniz əşyanın təmirə ehtiyacı varsa dərhal təmir olunur, yararsızdısa təkrar emal prosesinə yönəldirir və ya ehtiyat hissəsi kimi kataloqa yerləşdiririk. İstənilən halda onun dəyərində hesabınıza virtual manat köçürülür.

Bütün daşınma və qablaşma prosesleri ilk növbədə təbiəti düşünərək və 100% ekoloji təmiz həyata keçirilir.

Eko-Çatdırılma PandaBionun xüsusi daşınma növüdür ki, ancaq tam elektrikli nəqliyyat vasitələrindən istifadə olunur.

PandaBio ilə pulunuza qənaət edin, əşyalarınızın ömrünü uzadın və ən əsası planeti qoruyun.